REGİONLAR


Xaçmazın açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyindən FOTOREPORTAJ

Xaçmaz, 7 fevral, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ərazisində daha 3 görkəmli azərbaycanlının büstü ucaldılıb. Bununla da burada ucaldılmış tanınmış ziyalı, şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin büstlərinin sayı 59-a çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni qoyulan büstlər tanınmış bəstəkar Ramiz Mirişliyə, heykəltəraş Ömər Eldarova və sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş azərbaycanlı general-leytenant Hüseyn Rəsulbəyova məxsusdur.

Xaçmaz sakinlərinin və şəhərə gələn qonaqların ən sevimli məkanlarından olan Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. 2013-cü ildə Şəxsiyyətlər Muzeyində aparılmış əsaslı tikinti-quruculuq işlərindən sonra sahəsi genişləndirilərək 2 hektara çatdırılıb. Ərazidə yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin ön tərəfinə Azərbaycanın tanınmış dahi şəxsiyyətlərinin - – Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nəsrəddin Tusi, Xurşudbanu Natəvan, Məhsəti Gəncəvi və Hüseyn Cavidin heykəlləri qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.