REGİONLAR


Xaçmazın ən çox kitab oxuyan sakinləri mükafatlandırılıb VİDEO

Xaçmaz, 16 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 16-da Xaçmazda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təşkil olunan “Oxu bayramı”nda rayondakı kitabxanaların daha çox kitab oxuyan üzvləri mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə çərçivəsində 9 fəal oxucu pul mükafatı qazanıb. Birinci yerə layiq görülən 3 nəfərin hər biri 300 manat, ikinci və üçüncü yerin sahibləri isə müvafiq olaraq 200 və 100 manatla mükafatlandırılıb.

Bundan əlavə, 10 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub.

Oxucu tərəfindən oxunmuş kitabların sayı və iştirakçıların mütaliə etdiyi nəşrlər barədə informasiyalıq səviyyəsi müsabiqənin əsas qiymətləndirmə meyarı sayılıb.

Xaçmaz şəhərindəki Çənlibel parkında təşkil olunan mərasimdə 2 mindən çox kitab nümayiş etdirilib.

Bayram tədbirində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150, ölməz qəzəlxan Əliağa Vahidin 125 və böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileylərinə həsr olunan stendlər qurulub.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova, Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev tədbirdə çıxış edərək “Oxu bayramı”nın əhəmiyyətindən danışıblar.

Bildirib ki, müsabiqənin keçirilməsinin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə mütaliəyə marağı artırmaq, insanları maarifləndirməkdir.

Tədbirdə kitablara həsr olunmuş bədii kompozisiyalar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.