REGİONLAR


Xaçmazlı “Fedya” narkotik satdığına görə saxlanılıb VİDEO

Xaçmaz, 8 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində “Fedya” ləqəbi ilə tanınan Mürşüdoba kənd sakini Fədai Həsənovu saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı sellofan torbada təmiz çəkisi 510 qram olan heroin, bir ədəd elektron tərəzi, eləcə də narkotik maddələrin satışından əldə etdiyi 780 manat pul maddi sübut kimi aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Fədai Həsənov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.