REGİONLAR
Xaçmazlı kikboksinqçilər açıq rayon birinciliyinin qalibi olublar
Xaçmaz, 15 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda kikboksinq üzrə açıq rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda 90 idmançı 13 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Medallar uğrunda Bakı, Quba, Qusar və Xaçmazdan, ümumilikdə, 8 komanda iştirak edib. Yarış uşaqlar, yeniyetmələr və gənclər arasında olmaqla, üç yaş qrupu üzrə keçirilib.
Qazanılan medalların sayına və əyarına görə Xaçmaz idmançıları komanda hesabında birinci olub. Qusar kollektivi ikinci, Bakı komandası isə üçüncü yeri tutub.
Qalib idmançılar medal və diplomlarla mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]