REGİONLAR


Xaçmazlı məktəbli fənn olimpiadalarında ardıcıl 3-cü dəfə qızıl medal qazanıb VİDEO

Xaçmaz, 12 may, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayon ümumtəhsil məktəblərinin üç şagirdi Respublika fənn olimpiadalarında yüksək nəticə göstərib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin XI sinif şagirdləri Fərhad Bəkirov qızıl, Nəriman İsrafilov isə bürüncü medala layiq görülüblər. Hər iki məktəbli coğrafiya fənni üzrə fənn olimpiadalarında coğrafiya fənni üzrə iştirak edib.

Rayonun Arzu qəsəbə tam orta məktəbin XI sinif şagirdi Amin Mirişov isə tarix fənni üzrə qızıl medal qazanmağı bacarıb.

Fərhad Bəkirov artıq üçüncü ildir ki, ardıcıl iştirak etdiyi olimpiadada qızıl medal qazanır. Məktəbli qəbul imtahanlarında maksimim bal toplayaraq ali məktəbdə maliyyəçi ixtisasına yiyələnmək arzusundadır. Fərhadın sinif yoldaşı Nəriman da iqtisadçı olmaq istəyir.

Gələcəkdə tarixçi olmağı qarşısına məqsəd qoyan Amin Mirişov isə fənn olimpiadalarında 4 dəfə iştirak edib. İki dəfə qızıl medala layiq görülən istedadlı şagird, iki dəfə də bürünc medal qazanıb.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya üzrə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.