REGİONLAR


Xaçmazlı teatrsevərlər “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını izləyiblər

Xaçmaz, 11 mart, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Xalq Teatrı “Buta” folklor kollektivi ilə birlikdə Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını xaçmazlı teatrsevərlərə təqdim edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Teatrının 150 illik yubileyi münasibəti hazırlanan tamaşa rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində tamaşa təqdim olunmamışdan əvvəl 10 Mart - Milli Teatr Günü qeyd edilib, Milli Teatrımız haqqında videoçarx nümayiş olunub.

Çıxış edənlər sənət adamlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü əsasında 1873-cü ilin mart və aprel aylarında Bakıda Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrının təməli qoyulub.

Çıxışlarda dövlətimizin milli mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğıdan danışılıb. Bildirilib ki, Prezident İlham Əliyevin 10 Mart - Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncamı bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Tamaşanın təqdimatından sonra yaradıcı heyətə Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.