REGİONLAR


Xaçmazlı təsərrüfatçılar taxılın məhsuldarlığından razıdırlar VİDEO

Xaçmaz, 24 iyun, Elxan Yusifli, AZƏRTAC

Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Xaçmazda biçin kampaniyası sürətlə davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda arpa biçini artıq yekunlaşmaz üzrədir, buğda biçini isə davam edir. Ümumilikdə rayon üzrə 1529 hektar ərazidə buğda, 4 min 500 hektar sahədə arpa biçini yekunlaşıb.

Xaçmazlı təsərrüfatçılar taxılın builki məhsuldarlığının qənaətbəxş olduğunu bildirirlər. Fermerlər əsasən yerli iqlim şəraitinə uyğun taxıl sortlarını becərməyə üstünlük verirlər.

Təsərrüfatçı Bəxtiyar Məmmədov bildirir ki, biçilən buğda sahələrindən orta hesabla hər hektara 36 sentner məhsul toplanır. Bəzi sahələrdə bu göstərici 38-39 sentnerə qədər yüksəlir.

Məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə rayon üzrə biçin kampaniyası 50-dən çox taxılbiçən kombaynın qüvvəsi ilə aparılır.

Rayon üzrə arpa sahələrində məhsuldarlıq 31, buğda sahələrində isə 34 sentnerdir.

Xaçmazda cari ilin məhsulu üçün ümumilikdə 25 min 9 hektar ərazidə taxıl əkilib. Bunun 5 min 786 hektarını arpa, 19 min 223 hektarını isə buğda zəmiləri təşkil edir.

Hava şəraiti əlverişli olarsa, biçinin iyulun 15-dək başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.