DÜNYA


Xakerlər 11 min isveçrəlinin pasport məlumatlarını oğurlayıblar

Vyana, 21 sentyabr, AZƏRTAC

Xakerlər 11 min İsveçrə vətəndaşının pasport məlumatlarını oğurlayaraq internetdə yayıblar.

AZƏRTAC xəbər verir ki, hadisə Cənubi Amerikada baş verib. Argentina hökuməti miqrasiya orqanlarının məlumat bazasını ələ keçirmiş bir qrup xakerin bu məlumatları geri qaytarmaq üçün 4 milyon ABŞ dolları tələbini rədd etdiyinə görə, cinayətkar dəstə on minlərlə şəxsə aid pasport məlumatlarını internetdə yayıb. Xakerlərin kiberhücumuna məruz qalan məlumatlar arasında bu ilin yanvar-mart aylarında Argentinada səfərdə olan 11 min İsveçrə vətəndaşının pasport məlumatları, eləcə də səyahət istiqamətləri barədə məlumatlar yer alıb.

İsveçrə Xarici İşlər Departamenti bu barədə məlumatlandırılıb və hazırda Argentinanın yerli qurumları ilə iş aparılır. Bildirilib ki, ələ keçirilən pasport məlumatları real şəxslərin identitetinin oğurlanması və müxtəlif cinayət əməllərində bu məlumatlardan istifadəsinə yol aça bilər.

Qeyd edək ki, şəxsi məlumatları oğurlananlar arasında Almaniya, Fransa və İsrail vətəndaşları da var.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.