MƏDƏNİYYƏT


Xalça Muzeyi uşaqları bir araya toplayıb

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Azərbaycan Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. Muzey ənənəvi olaraq bu il də Bakıdakı bir sıra məktəblərin şagirdlərini bir araya toplayıb.

AZƏRTAC xəbər verir ki, “Bir günəşin altında” adlı bayram tədbiri “Uşaqların uşaqlara yadımı” devizi altında keçirilir.

Azərbaycan Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin rəhbəri Azər Abdullayev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. O, uşaqları bayram münasibətilə təbrik edərək, onların sağlam ruhda böyümələri üçün ölkəmizdə görülən işlərdən danışıb. Bildirib ki, günün sonunadək davam edəcək tədbir çərçivəsində məktəblilərin əl işləri nümayiş olunur, fiziki məhdudiyyətli uşaqlara dəstək məqsədilə müxtəlif aksiyalar keçirilir. Habelə muzeyin uşaq şöbəsinin üzvlərinin əl işləri də təqdim edilir. Bayram tədbirində “Sən istedadsan” layihəsinin iştirakçıları Aydan İlxaszadə, Yıldırım Dəniz, Cavidan Qənizadə, Ferraz Delila və başqalarının çıxışları, şən klounlar və nağıl qəhrəmanları ilə viktorinalar da nəzərdə tutulur.

Tədbir çərçivəsində məktəblilər öz naxışları ilə xalçalarını yaradacaqlar. Ən yaxşı əl işi münsiflər tərəfindən qiymətləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.