MƏDƏNİYYƏT


Xalça Muzeyində “Muzeylərin yaranma tarixi” mövzusunda mühazirə keçiriləcək

Bakı, 12 may, AZƏRTAC

Mayın 14-də Azərbaycan Milli Xalça Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylərin yaranma tarixi” adlı mühazirə keçiriləcək.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, mühazirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nurlana Bağırova tərəfindən aparılacaq. Muzeylərin yaranma tarixi və inkişaf mərhələləri barədə maraqlı məlumatlar əldə etmək və bu mövzuda suallara cavab tapmaq istəyənlər mühazirəyə dəvətlidirlər.

Yerlər məhdud olduğundan https://forms.gle/tFVv2VqSwiLeiN3n9 linki vasitəsilə öncədən qeydiyyatdan keçmək xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.