MƏDƏNİYYƏT


Xalça Muzeyində “Nizami Gəncəvi yaradıcılığında folklor-mifoloji ənənələr” adlı mühazirə keçirilib

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyində filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun təqdimatında “Nizami Gəncəvi yaradıcılığında folklor-mifoloji ənənələr” mühazirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən mühazirədə dahi Azərbaycan şairinin yaradıcılığında xalq təfəkkürü, şifahi poetik düşüncə və mifik məzmunlu mətnlərin geniş şəkildə yer almasından bəhs olunub.

Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.