MƏDƏNİYYƏT


Xalça Muzeyində “Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü” adlı tədbir təşkil olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyində “Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü” adlı tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tədbirdə Əməkdar incəsənət xadimi, bəstəkar, professor Elnarə Dadaşova Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib.

Əməkdar rəssam Taryel Bəşirov Xalq rəssamı Tahir Salahovun müəllifi olduğu rəngkarlıq əsəri əsasında onun texniki layihəsi və rəhbərliyi ilə toxunan “Üzeyir Hacıbəyli” xalçası barədə danışıb.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin dərnək üzvləri və Xalq artisti Fidan Hacıyevanın vokal məktəbinin tələbələri çıxış ediblər. Dərnək üzvlərinin hazırladıqları kuklalardan ibarət səhnəcikdə vokal məktəbinin tələbələri Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından kiçik hissə səsləndiriblər.

Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Tədbirdən sonra gənc tamaşaçılar dekorativ-tətbiqi sənət üzrə müxtəlif ustad dərslərə qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.