MƏDƏNİYYƏT
Xalça Muzeyində keçə sənətinə həsr edilmiş sərgi açılıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Azərbaycan Xalça Muzeyində “Keçə sənəti müasir incəsənətdə” və “Ənənəvi keçə sənəti” adlı sərgilərin açılışı olub.
AZƏRTAC xəbər verir ki, üçüncü “Türk dünyasının ortaq dili – naxışlar” mövzusunda keçirilən beynəlxalq simpozium çərçivəsində təşkil olunan sərgidə azərbaycanlı ustalarla yanaşı, türk, rus, qırğız, macar, isveçli, amerikalı sənətkarların işləri də sərgilənib.
Sərginin açılışından öncə Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək yenicə işə bağlamış simpozium haqqında qonaqlara məlumat verib.
Ənənəvi olaraq təşkil olunan simpozium çərçivəsində sərgilərin və ustad dərslərinin keçirilməsinə diqqət çəkən Ş.Məlikova keçə sənətinin qədim mədəni irs nümunəsi olduğunu deyib.
Natiq deyib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində keçə sənətinin nümunələrindən ibarət üç günlük satış-sərgi yarmarkası təşkil ediləcək.
Çıxış edən digər natiqlər sərginin əhəmiyyətindən və iştirakçı ölkələrin qarışlıqlı əməkdaşlıq əlaqələrindən söz açıblar.
Sonda qonaqlar sərgi ilə tanış olublar.