MƏDƏNİYYƏT


Xalça Muzeyində növbəti konfrans beynəlxalq sülh gününə həsr edilib

Bakı, 14 sentyabr, Flora Şükürova, AZƏRTAC

Hər il ölkəmizdə Beynəlxalq Sülh Günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ”Sülh aylığı” elan edilir və kütləvi maarifləndirmə tədbirləri keçirilir.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə sentyabrın 14-də Azərbaycan Xalça Muzeyində bu qurumun və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşəbbüsü ilə konfrans keçirilib. Tədbirin təşkil edilməsinin məqsədi 21 sentyabr- Beynəlxalq Sülh Günü barədə gənc nəsli maarifləndirmək olub.

Tədbirdə YAP Səbail rayon təşkilatı aparatının rəhbəri Zəfər Bayramov BMT tərəfindən Beynəlxalq Sülh Gününün təsis edilməsi barədə məlumat verib, bu günün əhəmiyyətindən danışıb.

Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Əlisəfa Nuriyev çıxış edərək Beynəlxalq Sülh Günü çərçivəsində milli mədəniyyətimizin dünyada sülhə verdiyi töhfədən söz açıb. O, sülhün dünya ölkələri və xalqları üçün çox əhəmiyyətli olduğunu bildirib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin ictimai-siyasi xadimlərinin portretləri əks olunmuş xalçaların fototəsvirləri də nümayiş etdirilib.

Konfransın sonunda tədbir iştirakçıları Azərbaycan Xalça Muzeyinin foyesində uşaq muzeyi şöbəsinin təşkil etdiyi, uşaqların əl işlərindən ibarət “Dünyaya sülh” mövzusunda sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Dövlət Televiziya və Radiosu Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xorunun ifasında mahnılar səsləndirilib.

Sonda muzeyin qarşısında sülhün rəmzi olan ağ göyərçinlər və rəngli şarlar uşaqlar tərəfindən səmaya buraxılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.