MƏDƏNİYYƏT


Xalça Muzeyində növbəti mühazirə

Bakı, 19 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Xalça Muzeyində “Samovarın tarixi və samovar çayının faydaları” mövzusunda mühazirə təqdim olunub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, professor Tahir Əmiraslanovun iştirakı ilə reallaşan mühazirədə samovarın tarixinə dair mübahisəli fikirlərə aydınlıq gətirilib, həmçinin samovar çayının insan orqanizminə faydalarından bəhs olunub.

Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.