MƏDƏNİYYƏT
Xalça Muzeyində növbəti mühazirə keçiriləcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Xalça Muzeyi “Bir eksponatın tarixi” layihəsi çərçivəsində muzeyin “Parça, geyim, tikmə” kolleksiyasının ən qədim eksponatı olan XII –XIII əsrlərə aid “Xaraba Gilan”dan tapılan parça fraqmentinin tarixinə dair mühazirə keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sentyabrın 24-də reallaşacaq mühazirə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli tərəfindən Azərbaycan dilində təqdim olunacaq.
Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edə bilər. İştirak etmək istəyənlər https://forms.gle/17XTmZkkvui1n1Wv6
linkindən qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]