MƏDƏNİYYƏT


Xalça Muzeyinin əməkdaşı beynəlxalq incəsənət festivalında çıxış edib

Bakı, 8 avqust, AZƏRTAC

Latviyanın Gülbene şəhərində Gülbene Regional Tarix və İncəsənət Muzeyinin təşkilatçılığı ilə “Divi Juliji” V Beynəlxalq İncəsənət Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festival bu şəhərdə anadan olmuş tanınmış iki rəssam, tətbiqi sənət ustaları Yulius Madernieks (1870-1955) və Yulius Straumenin (1874-1970) xatirəsinə həsr edilib. Tədbirdə beynəlxalq elmi konfrans, sərgilər, tətbiqi sənətşünaslıq yarmarkası, seminar keçirilib. Çini sənəti, ağac emalı, şaquli dəzgahlarda qobelen toxuması, yun boyama, Azərbaycanın ənənəvi çətən toxuculuğu və digər mövzularda ustad dərsləri təşkil olunub.

Elmi konfransda Madernieks və Ştraumun peşəkar həyatı: interyer, tekstil dizaynı, mebel sənayesi, mətbəə, müasir kreativ sənayelərdə qabaqcıl təcrübə nümunələri, eləcə də təhsil sahəsində beynəlxalq muzey təcrübələri araşdırılıb və müzakirə edilib. Azərbaycan Milli Xalça Muzeyinin Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri Firahnaz Musayeva muzeyin maarifləndirici və inklüziv layihələri haqqında çıxış edib. Bildirib ki, Xalça Muzeyi ictimaiyyətlə əlaqələr sahəsində gördüyü işlərə görə böyük rəğbət qazanıb və bu gün Azərbaycanın aparıcı mədəniyyət müəssisəsi kimi tanınır.

Muzeyin baş rəssamı Taryer Bəşirov festivalın qonaqlarına Azərbaycanın ənənəvi çətən toxuma sənətini nümayiş etdirib və bu sənət sahəsi üzrə ustad dərsləri keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.