MƏDƏNİYYƏT


Xalça Simpoziumu çərçivəsində növbəti  sessiya - "Təsir və müqayisələr"

Bakı, 20 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə keçirilən V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu davam edir.

Simpozium çərçivəsində oktyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində “Təsir və müqayisələr" adlı sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan Xalça Muzeyinin Xalça və dekorativ-tətbiqi sənəti üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsinin müdiri Dürdanə Qədirova, Qədim İsrailin idarə edilməsi, muzey və eksponatlar şöbəsinin rəisi Orit Şamir, Özbəkistan Elmlər Akademiyasının böyük elmi işçisi Elmira Gül, Harvard Universiteti, İslam və Yaxın Şərq mədəniyyəti üzrə mütəxəssis Cefri Bi Sper, AMEA-nın böyük elmi işçisi Gülnarə Mirzə, Ankara Sənət Muzeyinin direktoru Suzan Bayraktaroğlunun məruzələri dinlənilib.

Sessiyada xalçaçılıq sənəti və üslub xüsusiyyətlərinin xalqlar arasında bir-birinə təsiri və müqayisəsi ilə bağlı “Sumaq xalçasının mühafizəsinə dair”, “Ağır və zərifsəthli xalçalar islamiyyətin ilk dövrlərindən orta əsrlərədək müqəddəs torpaqlardakı tikişlər və həmin texnikanın Azərbaycanda istifadə edilməsi”, “Azərbaycan və Orta Asiya xalçaları: mədəni əlaqələr problemi haqqında”, “Kəşmir şalı və onun Qafqaz xalçalarına təsiri”, “Dekorativ-tətbiqi sənətdə Qusar üslubu – Azərbaycan incəsənətinin fenomenal nümunəsi”, “Qafqaz regionunun xalçaları Ankara sənət işləri fondunda və onların Anadoludakı izləri” mövzularında məruzələr böyük maraq döğurub.

Qeyd edək ki, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə birgə müvafiq tədbirlər planı hazırlayıb. Simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.