MƏDƏNİYYƏT


Xalçaçı günü münasibətilə videokonfrans təşkil ediləcək

Bakı, 3 may, AZƏRTAC

Mayın 4-də Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalçaçı günü” peşə bayramı münasibətilə videokonfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Xalçalarımız dünənimiz, bugünümüz, sabahımız” adlı konfransda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalqımızın milli sərvəti olan, qədim tarixə və zəngin ənənəyə malik qədim xalçaçılıq sənəti və onun inkişafı istiqamətində görülən işlərdən danışacaqlar.

Tədbirə qatılan ayrı-ayrı şəhər və rayonların Heydər Əliyev mərkəzlərinin direktorları regionlarda xalçaçılığın mövcud vəziyyəti barədə məlumat verəcəklər.

Sonda tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.