Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Xalçaçılıq sənətinin ən yaxşı nümunələri sırasında Naxçıvan xalçaları xüsusilə seçilir

Naxçıvan, 1 mart, AZƏRTAC

Xalqımızın tarixi ənənələrini özündə yaşadan milli-mədəni sərvətlərimizdən biri kimi xalça sənəti hər zaman diqqəti cəlb edən sahələrdən olub. Təsadüfi deyil ki, ölkəmizə səfər edən məşhur tarixçilərin və tədqiqatçıların Azərbaycanla bağlı xatirələrini qələmə aldığı əsərlərində xalçalarımız haqqında məlumatlara xüsusi yer verilib. Tarixboyu Azərbaycan xalçalarının şöhrəti ölkə sərhədlərini aşıb və mühüm sənətkarlıq nümunəsi kimi əvəzolunmaz simvola çevrilib. Prezident İlham Əliyev bununla bağlı deyib: “Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin Vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.

Xalçaçılıq sahəsində əsas məqsəd maddi və
mədəni irsin qorunması və davamlı inkişafıdır

Ölkəmizdə xalçaçılıq sənətinin ən yaxşı nümunələri sırasında Naxçıvan xalçaları xüsusilə seçilib. Özünəməxsus fərqləndirici cəhətlərə malik olan bu xalçalar Naxçıvan xalçaçılıq məktəbinin formalaşmasına səbəb olub. Muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi daim diqqət mərkəzində saxlanılıb. 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması, 2010-cu ildə muzeyin yeni bina ilə təmin olunması bu sahəyə göstərilən dövlət qayğısının ən mühüm təzahürüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın da əsas məqsədi xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafıdır.

Proqramın icrası istiqamətində 2020-ci ildə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Xalq Yaradıcılığı Emalatxanasında 20, Cəlilkənd buzxanasında 9 xalça toxunub, 14 xalçanın satışı həyata keçirilib. Əvvəlki illərdə yaradılan əllə toxunmuş xalçaların reyestrinə 2020-ci ildə 50 xalça haqqında məlumat daxil edilib.

Peşə təhsilinin və müvafiq kursların təşkili ilə bağlı tədbirlər həyata keçirilib

Həyata keçirilən tədbirlər nəticəsində xalçaçılıq sənətinə marağın artması bu sahədə peşə təhsilinin və müvafiq kursların təşkili ilə bağlı tədbirlərin geniş vüsət almasına yol açıb. Dövlət Proqramında xalçaçılıq sahəsi üzrə sənətkarların bədii-texniki iş üsullarının öyrənilməsi, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi barədə tapşırıq nəzərdə tutulub. Bu istiqamətdə 2020-ci ildə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Xalq Yaradıcılığı Emalatxanasında təşkil olunan kursda 7 müdavimə xalçaçılıq sənətinin sirləri öyrədilib. Xalçatoxuma sahəsində kadr təminatının yaradılması və peşə təhsilinin dəstəklənməsi məqsədilə muxtar respublikanın Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən xalçaçı kursunu 17 müdavim bitirərək sertifikat alıb. Həmçinin Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 2019-cu ildən fəaliyyətə başlayan xalçaçı kursunu başa çatdıran 12 müdavim iyunun 12-də sertifikatla təmin edilib. Həmin məktəbdə noyabr ayından fəaliyyətə başlayan kursda 15 müdavim təhsilini davam etdirir. 2020-ci ildə Şərur, Culfa və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərində xalçaçılıq dərnəklərinin fəaliyyətə başlaması bu sahədə fəaliyyətin daha da genişləndirilməsinə şərait yaradıb.

Sənətkarlıq nümunələrində ənənəvi cəhətlərin qorunması bu nümunələrin turizm məhsulu kimi təqdim edilməsinə imkan yaradır

Turizm sektorunun inkişafına təkan verən başlıca amillərdən biri ənənəvi sənətkarlıq sahələrinin özünəməxsusluğunun qorunması və bu fəaliyyətin nəticəsi olan məhsulların müxtəlif üsullarla nümayiş edilməsidir. Muxtar respublikada istehsal olunan sənətkarlıq nümunələrində ənənəvi cəhətlərin qorunması bu nümunələrin turizm məhsulu kimi təqdim edilməsinə imkan yaradır. Həmin məhsullar içərisində əllə toxunan xalçalar xüsusi yer tutur.

Dövlət Proqramında da Naxçıvan şəhərində və rayonlarda fəaliyyət göstərən xalçaçılıq emalatxanalarının turizm nümayiş obyekti kimi mədəni turizm marşrutlarına daxil edilməsi və Turizm İnformasiya Mərkəzi vasitəsilə xalçaçılıq irsinin təbliği barədə tapşırıq müəyyən olunub. Tapşırığın icrası istiqamətində 2020-ci ildə muxtar respublikada fəaliyyət göstərən turoperatorlara Naxçıvan-Sədərək marşrutu üzrə təşkil edilən turlara Cəlilkənd buzxanasında və Sədərək rayonunda fəaliyyət göstərən xalçaçılıq emalatxanalarının daxil edilməsi tövsiyə olunub və bu məqsədlə metodik köməklik göstərilib. Həmçinin Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında xalçaçılıq irsinin təbliği məqsədilə 85 məlumat paylaşılıb.

Naxçıvan xalçaçılıq məktəbi elmi cəhətdən araşdırılır

Xalçaçılıq sənətinin qədim tarixə və ənənələrə malik olmasını bu istiqamətdə aparılan tədqiqat işləri də sübut edir. Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən araşdırılması bu sahədə unudulmaqda olan ənənələrin bərpasına şərait yaradır. Eyni zamanda, tədqiqatlar nəticəsində əldə edilən məlumatlar xalçaçılıq irsinin təbliği üçün yeni imkanlar açır. Dövlət Proqramının icrası məqsədilə Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən araşdırılması davam etdirilib. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2020-ci il üzrə təsdiq olunmuş elmi-tədqiqat planına əsasən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda “Naxçıvanda xalçaçılığın inkişaf tarixi” mərhələsi üzrə tədqiqat işləri aparılıb. Tədqiqatın nəticəsi kimi açıq dünya ensiklopediyası olan “Vikipediya”da toxuculuq sənəti haqqında məqalə yerləşdirilib. Bölmənin əməkdaşları tərəfindən hazırlanan “Naxçıvan memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı”, “Naxçıvan xalçaları üzərindəki həndəsi ornamentlər” başlıqlı məqalələr bir sıra internet portallarında dərc olunub. “Naxçıvan xalçaları üzərindəki motivlər”, “Naxçıvanda milli geyim mədəniyyətinin formalaşmasında ipəkçiliyin rolu”, “Naxçıvan xalçalarında Əcəmi möhürü” adlı məqalələr çap edilib. Eyni zamanda, bölmənin əməkdaşları ötən il avqustun 7-8-də Türkiyə Respublikasında keçirilən IV Beynəlxalq Mardin elmi araşdırmalar konqresində “Naxçıvan və Anadolu xalça və kilim motivləri” mövzusunda çıxış edib, konqresin məruzələr toplusu çap olunub. Dekabrın 1-də Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib: “Naxçıvan xalçaları, sadəcə, xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir...” Buna görə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin qarşıdakı illərdə də uğurla həyata keçirilməsi Azərbaycan xalçaçılıq sənətinə əvəzsiz töhfələr bəxş edən Naxçıvan xalçaçılığının daha da inkişafına şərait yaradacaqdır.

 

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru