Xalis sıfır karbon emissiyasına nail olmaq üçün ildə 1-2 trilyon dollarlıq investisiyaya ehtiyac var
AzerTAg.az
Bakı, 16 sentyabr, AZƏRTAC
2050-ci ilədək qlobal miqyasda xalis sıfır karbon emissiyası hədəfinə çatmaq üçün ildə 1-2 trilyon dollarlıq investisiya tələb olunur.
AZƏRTAC xəbər verir ki, bu proqnozla “Energy Transitions Commission” (ETC) təşkilatı çıxış edib.
Bildirilir ki, əsrin ortalarında xalis sıfır karbon emissiyasına çatmaq üçün ildə 1-2 trilyon dollar, yəni qlobal ÜDM-in 1-1,5 faizi həcmində əlavə sərmayə tələb olunur. Qlobal istiləşmənin 1,5 dərəcə həddindən aşağıda saxlamaq üçün xalis sıfır karbon emissiyası hədəfinə çatmaq lazımdır. Həmin hədəfə çatdıqda, bu, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə qlobal ÜDM-in 0,5 faizi nisbətində başa gələcək.
Stanford Universitetinin araşdırmasına görə, 2000-ci ildən bəri qlobal istiləşmə ABŞ və Avropa İttifaqına ən azı 4 trilyon dollara başa gəlib. Tropik ölkələr isə hazırda qlobal istiləşmə başlamazdan əvvəl olduğundan 5 faiz daha kasıbdır.
Qeyd edək ki, ETC sənaye, enerji və maliyyə sektorlarından 40 şirkətin cəmləşdiyi və 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəfləyən qlobal təşkilatdır.

Xəbərin mətnində orfoqrafik səhv var