MƏDƏNİYYƏT
Xalq Artisti Arif Babayevin 80 illik yubileyi konsert proqramı ilə qeyd edilib
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli muğam ifaçısı, Xalq Artisti, konservatoriyanın “Xanəndə” kafedrasının müdiri, professor Arif Babayevin 80 illik yubileyi geniş konsert proqramı ilə qeyd edilib.
Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, təhsil nazirinin müavini Firudin Qurbanov, AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək, Arif Babayevin muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolunu və töhfələrini vurğulayıblar.
Tədbirdə Arif Babayevin ömür yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra görkəmli vokal, muğam və instrumental ifaçıların təqdimatında konsert olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]