Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Xalq Artisti Arif Babayevin 80 illik yubileyi qeyd edilib

Bakı, 3 aprel, AZƏRTAC

Heydər Əliyev Sarayında görkəmli muğam ifaçısı, Xalq Artisti Arif Babayevin 80 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbir xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Yubiley gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli muğam ifaçısı Arif Babayevin ömür yolundan, muğam sənətinin inkişafındakı xidmətlərindən və özünəməxsus ifaçılıq üslubundan danışıb. Son illər muğamın ölkəmizin hüdudlarından kənarda da şöhrət tapdığını deyən nazir muğam sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti olduğunu vurğulayıb.

Qeyd edilib ki, yüksək səhnə mədəniyyətinə malik Arif Babayev dünyanın çox ölkəsində qastrol səfərində olub, muğamlarımızın, milli musiqimizin təbliğində, sevilməsində böyük xidmətlər göstərib. Sənətkarın Opera və Balet Teatrının solisti və muğam ifaçısı kimi səmərəli xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, 1978-ci ildə Əməkdar Artisti, 1989-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Arif Babayev dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 15 fevral tarixli Sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafındakı böyük xidmətlərinə görə “İstiqlal”, bu il isə “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təbriklərini yubilyara çatdıran nazir ona "Şərəf" ordenini təqdim edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli muğam sənətinin müasir dövrdə inkişafından söz açaraq bildirib ki, bu gün bütün qarabağlıların bir nisgili - Şuşa, Qarabağ nisgili var. “İnanırıq ki, tezliklə Şuşada Arifin sehrli səsini, ifasını eşidəcəyik”, - deyə Fərhad Bədəlbəyli vurğulayıb.

Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov yubilyara təmsil etdiyi təşkilatın “Sənətkar” medalını təqdim edib.

Azərbaycan Dövlət Opera və Balet Teatrının adından Arif Babayevi Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev təbrik edib. O, xanəndənin opera səhnəsindəki fəaliyyətindən söz açıb və rəhbərliyin təbriklərini ünvanlayıb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq Artisti Murad Hüseynov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Çıxışlarda qeyd edilib ki, 1964-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olan gənc müğənni 1966-cı ildə Xalq Artisti Əfrasiyab Bədəlbəylinin dəvəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyətə başlayıb. 2006-cı ilədək bu teatrda çalışan Arif Babayev müxtəlif illərdə “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Məcnun, Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl, “Gəlin qayası”nda Camal rollarının ən mahir ifaçılarından olub. Onun iştirakı ilə “Leyli və Məcnun”, “Əsli və Kərəm” və s. operaları bu gün də musiqimizin qızıl fondunda qorunub saxlanılır. Qeyd edilib ki, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Arif Babayev mahir muğam ifaçısı kimi təkcə Azərbaycanda deyil, bütün Şərqdə və türk dünyasında şöhrət qazanıb. Onun ifa etdiyi “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah”, “Segah” muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları musiqi mədəniyyətimizin xəzinəsinə daxil olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan muğam ifaçıları arasında ilk dəfə professor elmi dərəcəsinə layiq görülən müğənni məhz Arif Babayevdir. O, hazırda Azərbaycan Milli Konservatoriyasında muğam kafedrasının müdiridir. Yetirmələrinin əksəriyyəti respublikamızın tanınmış, adlı-sanlı xanəndələridir.

Vurğulanıb ki, çağdaş mədəniyyətimizin görkəmli nümayəndəsi, milli musiqimizin, xalq mahnı və muğamlarımızın mahir ifaçısı, ustad sənətkar, professor Arif Babayev ecazkar səsi, pedaqoji təcrübəsi ilə milli mədəniyyətimizin inkişafı və təbliği istiqamətində önəmli fəaliyyətini bu gün də davam etdirir.

Yubiley gecəsində muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu və töhfələri olan sənətkarın və tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndirilib.

Tədbirin sonunda Xalq Artisti Arif Babayev sənətinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Yubiley mərasimi böyük sənətkarın yetirmələri ilə birgə məharətlə ifa etdiyi "Qarabağ şikəstəsi" ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO