MƏDƏNİYYƏT


Xalq Artisti Fidan Hacıyeva Cümhuriyyətin 100 illiyi münasibətilə Londonda konsert proqramı ilə çıxış edib

Bakı, 17 may, AZƏRTAC

Xalq Artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Londonda geniş konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsertdə F. Hacıyeva Əməkdar İncəsənət Xadimi Ədilə Hüseynzadənin romanslarını səsləndirib. Onu pianoda Səidə Tağızadə, violençeldə Aleksey Miltix müşayiət edib.

Proqram boyunca Ədilə Hüseynzadənin tələbələri - bəstəkar Elnarə Dadaşova və Zümrüd Dadaşzadə onun həyat və yaradıcılığından bəhs edib. Zümrüd Dadaşzadə bildirib ki, Ədilə Hüseynzadənin əsərlərinin Cümhuriyyətin 100 illiyində Böyük Britaniyada səsləndirilməsi Azərbaycan musiqi həyatında önəmli hadisədir.

Qeyd edək ki, Ə.Hüseynzadə Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. O, 1942-1948-ci illərdə Konservatoriyanın xalq musiqisi şöbəsində Üzeyir Hacıbəylidən dərs alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.