MƏDƏNİYYƏT


Xalq Artisti Oqtay Mirqasımov ustad dərsləri keçəcək

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində kinorejissor, Xalq Artisti Oqtay Mirqasımov tərəfindən “İmprovizasiya – yaradıcı özünüifadə tərzi kimi” adlı ustad dərsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ustad dərsi zamanı qonaqlar hekayələrini təcrübəli rejissorun rəhbərliyi altında qısa filmə çevirə biləcək.

Oqtay Mirqasımov 20 ildir ki, Azərbaycan gənc kinematoqrafçılarının hazırlanmasında xüsusi xidmətlər göstərir. Kinorejissorun hazırladığı ekran əsərləri dəfələrlə Fransa, İtaliya, Türkiyə, Monqolustan, Polşa, Macarıstan, İsrail, Yaponiya və digər ölkələrin tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.