MƏDƏNİYYƏT
Xalq Artisti Siyavuş Aslanın xatirəsi anılıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi tanınmış teatr və kino aktyoru, Xalq Artisti Siyavuş Aslanın anadan olmasının 81-ci ildönümü münasibətilə sənətkarın məzarını ziyarət edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemət çıxış edərək Siyavuş Aslanın həyat və yaradıcılığı haqqında danışıb, görkəmli aktyorun Azərbaycan teatr və kino sənətində əvəzsiz xidmətlərindən söz açıb.
Vurğulanıb ki, S.Aslanın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının qəlbində hörmət və ehtiramla yaşayır. Tamaşaçılar onun yaratdığı obrazları hər zaman sevgi və sayğı ilə yada salır. Faciə və dramatik rolların məharətli ifaçısı olan Siyavuş Aslan xoşbəxt sənətkar kimi sənət aləmində öz missiyasını şərəflə yerinə yetirib, Azərbaycan mədəniyyətinin sərhədlərini hər zaman genişləndirib.
Çıxışlarda unudulmaz sənətkarın Azərbaycan mədəniyyətinin, xüsusən teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]