İQTİSADİYYAT


“Xalq Bank” bankomatlarda Cash to Any Card və Cash by Code xidmətlərini tətbiq etmişdir

Bakı, 18 dekabr (AZƏRTAC). “Xalq Bank” bankomatlarda Cash to Any Card və Cash by Code xidmətlərini tətbiq etmişdir.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, Cash to Any Card - banka gəlmədən və kart olmadan “Cash-in” tipli bankomat vasitəsilə istənilən kart hesabına nağd pul mədaxil etmək imkanı verən xidmətdir. Bu xidmət vasitəsilə günün istənilən vaxtı “Azericard” prosessinq mərkəzinə qoşulmuş bankların kartlarına pul vəsaitləri yatırmaq və kredit kartı üzrə borcu ödəmək mümkündür.

Cash by Code isə “Xalq Bank”ın Mobil Bank və ya ATM vasitəsilə köçürülmüş pul vəsaitlərinin kart olmadan, xüsusi kod vasitəsilə bankomatdan çıxarılmasına imkan verir. Bu xidmət vasitəsilə bankın iş rejimindən asılı olmadan günün istənilən vaxtı Mobil Banka qoşulmuş telefondan və ya bankın ATM-lərindən istifadə etməklə pul vəsaitlərini istənilən şəxsə göndərmək və hesabdakı nağd vəsaitləri bankomatdan kartsız çıxarmaq mümkündür. Bu xidmət kartı itmiş və ya oğurlanmış, həmçinin uzaqda yaşayan və kartı olmayan şəxslərə pul vəsaitlərini ATM vasitəsilə dərhal çatdırmaq imkanı yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.