MƏDƏNİYYƏT


Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş viktorinanın qalibləri müəyyənləşib

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş viktorina keçirilib.

AZƏRTAC xəbər verir ki, viktorina “Kitabsevər uşaqlar” “Facebook” səhifəsi və “YouTube” kanalı UNESCO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan komitəsi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə təşkil edilib.

Viktorinanın nəticələrinə görə, Qax rayon məktəbliləri Əhməd Əhmədli və Minayə Quliyeva birinci yerə, Sənubər Abakarova ikinci yerə, Şəki şəhərindən olan məktəblilər İlkin Rzayev, Kənan Rzayev və Emil Qaffarlı üçüncü yerə layiq görülüblər. Qaliblər UNESCO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan komitəsi tərəfindən fəxri fərmanla təltif olunacaqlar. Həmçinin viktorinada iştirak edən bir qrup şagirdə də təşəkkürnamə təqdim ediləcək.

Qeyd edək ki, Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş növbəti viktorina “Vışka” qəzeti ilə birgə keçiriləcək. Suallar Azərbaycan və rus dillərində qəzetdə dərc olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.