CƏMİYYƏT


Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq

Moskva, 24 may, AZƏRTAC

Mayın 28-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonunda Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə təntənəli tədbirlər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konsert proqramını Ümumrusiya və beynəlxalq müsabiqələr laureatları, nüfuzlu musiqi festivallarının baş mükafatlarını qazanmış musiqiçilər – İbrahim Nağıyev (violonçel) və Dmitri Sıqanov (fortepiano) açacaqlar. Onlar Qara Qarayev, Ələkbər Tağıyev və digər Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəcəklər.

Tədbir çərçivəsində açıq səma altında, özlüyündə sənət əsəri və federal səviyyədə mədəni irs obyekti olan əfsanəvi Pavilyonun qarşısında “open air” konserti keçiriləcək. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qonaqları Azərbaycan baletindən, eləcə də SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Russkiy balet” Moskva Vilayət Dövlət Akademik Teatrı solistlərinin qeyri-adi bacarığından zövq alacaqlar.

Möhtəşəm tikilinin fonunda Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “Min bir gecə” baletlərindən səhnələr, həmçinin Nazim Əliverdibəyovun musiqisinə Azərbaycanın tanınmış baletmeysterləri - R.Axundova və M.Məmmədovun quruluş verdikləri “Muğam” xoreoqrafiya miniatürləri canlandırılacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.