MƏDƏNİYYƏT


Xalq Yazıçısı Elçinə həsr edilmiş kitabın təqdimatı olacaq

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi, akademik Nizami Cəfərovun Xalq Yazıçısı Elçinin həyat və yaradıcılığına həsr olunmuş “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimat mərasimi keçiriləcək.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və ictimai xadimlərinin iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.