Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Bakıda xatirə gecəsi keçirilib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xatirə gecəsində iştirak edib YENİLƏNİB 2

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xatirə gecəsində iştirak edib.

Xalq Yazıçısı Maqsud İbrahimbəyov tələsməyən tərzdə qeyri-adi və gündəlik hadisələr haqda yazaraq, personajlarının mənəvi dünyasını dərindən tədqiq edərək xasiyyətlərini oxucuya çatdırırdı. Bir çox əsərlərində yazıçı ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstərirdi. Hamının sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari müəllifi də Maqsud İbrahimbəyov olub.

Xatirə gecəsi yazıçının sevdiyi bəstəkar Tomaso Albinoninin “Adajio” əsəri ilə başladı. “Maqsud hamıya gülümsəyir” adlı gecədə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski zalda Maqsud İbrahimbəyovun doğmalarının, dostlarının, onun istedadının pərəstişkarlarının toplaşdığını deyərək, yazıçının hər zaman sevdiyi insanlara öz təkrarsız gülüşünü bəxş etdiyini bildirdi. O, Prezident İlham Əliyevin yazıçının 70 illik yubileyində Maqsud İbrahimbəyov haqda dediyi “Sənətkarı həyatda ikən qiymətləndirmək lazımdır” sözlərini xatırladı.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xatirə gecəsində çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın
çıxışı

-Hörmətli Anna xanım. 

Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Uzun illər ərzində Rus Dram Teatrının səhnəsində Maqsud İbrahimbəyovun əsərlərinin personajları canlandırılıb. Bu axşam bu teatrda böyük yazıçı Maqsud İbrahimbəyovun yaxınları, doğmaları, dostları, onun istedadının pərəstişkarları toplaşıblar ki, bu böyük insana öz dərin məhəbbət və hörmətini bildirsinlər. Sözsüz ki, Maqsud müəllimin istedadının pərəstişkarlarının sayı bu zalda əyləşənlərdən xeyli çoxdur.

Maqsud İbrahimbəyovun yaradıcılığı nəinki Azərbaycan mədəniyyətini və incəsənətini zənginləşdirib, həm də dünya mədəni irsinə layiqli töhfələr verib. Təsadüfi deyil ki, hörmətli Maqsud müəllimin əsərləri demək olar 30 dilə tərcümə edilib.

Maqsud müəllim qeyri-adi dərəcədə parlaq və çoxşaxəli şəxsiyyət idi. Dramaturq və kino xadimi, PEN-klubun prezidenti və parlamentin deputatı, parlaq həmsöhbət və parlaq polemist. Həqiqətən, bir insanda bu qədər qeyri-adi istedad və bacarıq cəmləşəndə adamlar deyirlər ki, bu “Allah vergisi”dir. Doğrudan da bu, Allah vergisidir. Lakin, ilk növbədə, Maqsud İbrahimbəyov böyük yazıçı idi. Mənim nəslim - məhdud sərhədlərdə və məkanca ideoloji çərçivələrdə böyüyən nəsil üçün bədii ədəbiyyat varlığımızın olduqca zəruri tərkib hissəsi idi. Kitablar bizim üçün ən müxtəlif cəhətli bilik mənbəyi idi. Bədii ədəbiyyatın qiraəti bizə sərhədləri genişləndirməyə, süni maneələri aradan qaldırmağa imkan verirdi, bir çox “lal suallara” cavab tapmaqda kömək edirdi. Ən başlıcası isə yüksək bədii söz bizi tamamilə məcburiyyətsiz, ehkamsız, patetikasız tərbiyə edirdi, əxlaq və mənəviyyatın bünövrəsini qoymağa kömək edirdi. Düşünürəm ki, bu, istər peşəkarlıq fəaliyyətində, istərsə də şəxsi həyatında hər bir insana bütün ömrü boyu zəruri bünövrədir. Bax, böyük ustad Maqsud İbrahimbəyov belə bir zamanda yaşayıb və yaradıb.

Onun nəsri dinamik, bəzən kədərli, bəzən də dramatik idi. Amma həmişə çox səmimi və dərin fəlsəfi məna ilə zəngin idi. Maqsud müəllim sanki ən adi detallarda dərin məna tapa və onu sadə, anlaşıqlı və aydın dildə çatdıra bilirdi.

Əminəm ki, onun yaradıcılığına bir dəfə müraciət edən hər kəs sonra dəfələrlə onun əsərlərinə qayıdır, özləri üçün yeni nə isə tapırdılar. Onun hər bir əsəri zamanın ruhunu əks etdirməkdən başqa, həm də düşünməyə - həyatın mənası, hər kəsin bu həyatda görəcəyi işlər barədə düşünməyə vadar edirdi. Bu isə, heç şübhəsiz, yalnız həqiqi, böyük istedada nəsib olur.

Maqsud İbrahimbəyov öz əsərlərini rus dilində yazırdı. Bununla yanaşı, o, əsl Xalq Yazıçısı olub və olaraq qalır. Onun hər bir əsəri, bütün yaradıcılığı doğma torpağa, doğma mənbələrə, doğma köklərə böyük məhəbbətlə aşılanıb. Onun sevimli Bakı şəhəri isə çox vaxt, demək olar, əsərlərinin əsas iştirakçısı idi.

Maqsud müəllim mərd, cəsur insan idi. O, öz prinsiplərini bütün həyatı boyu daşıyaraq, onları müdafiə edən insan idi. O, heç vaxt fikrini deməkdən, tənqid etməkdən qorxmurdu. Onun publisistikası Azərbaycan jurnalistikasının parlaq təbəqəsidir. Ən başlıcası isə, Maqsud müəllim bütün həyatı boyu laqeyd insan olmayıb. O, həmişə gərəkli olmağı və bu cür qalmağı bacarırdı, heç vaxt kənarda olmurdu.

Bu insan haqqında, onun yaradıcılığı, yüksək mənəvi və insani keyfiyyətləri barədə çox danışmaq olar. Mən əminəm ki, zaman keçdikcə insanlar böyük Azərbaycan yazıçısı Maqsud İbrahimbəyovun Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərini daha yaxşı və dərindən dərk edəcəklər.

Hörmətli Anna xanım, Siz Maqsud müəllimin həyatında xüsusi yer tutmusunuz. Əgər desəm ki, Siz onun ən yaxın dostu və ilham pərisi olmusunuz, yəqin ki, səhv etmərəm. Yəqin bilirsiniz ki, dostlarınızın, tanışlarınızın əksəriyyəti üçün siz ayrılmaz vəhdət idiniz. Sizin cütlük məhəbbətin və qarşılıqlı hörmətin, iki parlaq şəxsiyyətin bir-birini tamamlayaraq, həm də daha güclü parlamasının rəmzi idi. Mən sizinlə aramızdakı dostluq və səmimi münasibətlərə çox həssas yanaşıram. Mən sizə çox dərin hörmət bəsləyirəm və sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Cənab Prezident həqiqətən doğru deyib: böyük Azərbaycan yazıçısı Maqsud İbrahimbəyov yaşayacaq. Onun doğmalarının, dostlarının və istedadının milyonlarla pərəstişkarının qəlbində və yaddaşında yaşayacaq. Belə ki, nə qədər əsərləri yaşayırsa, yazıçı da sağdır. Azərbaycanın layiqli oğlunun işıqlı xatirəsinə ehtiramımı bildirirəm. Sağ olun.

x x x

Yazıçının həyat yoldaşı Anna İBRAHİMBƏYOVA Maqsud İbrahimbəyovun xatirəsinə hörmətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirərək dedi:

-Əziz dostlar, sağ olun ki, Maqsudu yad etmək üçün buraya gəlmisiniz. Mayın 11-də onun ad günü idi. Sağ olun ki, siz də bu gün gəlmisiniz. Mehriban xanım, mən Sizə və cənab Prezidentə Maqsuda və onun xatirəsinə bəslədiyiniz səmimi münasibətə görə çox minnətdaram. Sağ olun ki, bu gün bizimləsiniz. Hər bir məsələdə iştirakınıza və dəstəyinizə görə sağ olun. Çox sağ olun.

x x x

Yazıçının dostu, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail QUSMAN çıxışına Yuri Levitanskinin “Kajdıy vıbirayet dlya sebya” şeirindən misralarla başladı. Diqqətə çatdırdı ki, Maqsud İbrahimbəyovu üç sözlə xarakterizə etmək olar: Bu, şərəf, ləyaqət və seçimində səhvsizlikdir. “Maqsud İbrahimbəyovun başlıca silahı söz idi. O, söz duelində qeyri-adi dərəcədə zərif idi, eyni zamanda, söz döyüşündə alınmaz sədd idi”, - deyən Mixail Qusman bildirdi ki, yazıçı sözün qüdrətinə, sözün hər şeyə qalib gələcəyinə inanırdı və o, tam haqlı idi. Çünki söz çox insanları xilas edib.

Xatirə gecəsində yazıçının əsərlərindən parçalar təqdim olundu, Maqsud İbrahimbəyovun dostları, doğma Bakı, sevdiyi insanlar haqqında fikirləri səsləndi.

Sonra Maqsud İbrahimbəyovun həmkarlarının və yaxın dostlarının müsahibələrinin yer aldığı sənədli film nümayiş etdirildi.

1935-ci il mayın 11-də Bakıda anadan olan Maqsud İbrahimbəyov gənc yaşlarından istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Ötən əsrin 60-cı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanıb. Müasir ədəbiyyatın görkəmli simalarından olan Maqsud İbrahimbəyov öz yaradıcılığı ilə bədii fikrin zənginləşdirilməsinə töhfələr verib. Onun bir ssenarist və rejissor kimi kinematoqrafiyanın inkişafında da mühüm xidmətləri var. Maqsud İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Onun yaradıcılığında əksini tapan Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritli təsviri təqdirəlayiqdir. Film “Maqsud İbrahimbəyov kimi yazıçılar dünyalarını dəyişmirlər. Onların həyatında təkcə bir tarix var: dünyaya gəldikləri tarix” sözləri ilə yekunlaşır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azerconnect Group” İKT sahəsində Azərbaycanın “Ən yaxşı işəgötürən” şirkəti seçildi

Ötən ilin on bir ayında Azərbaycan 176 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

AQTA: Bitkiçilik məhsullarının sertifikatlaşması daha da asanlaşdı

ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ VİDEO

Yekaterinburqda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Şitan Cao: Azərbaycan xalqı müharibədə dağıdılmış şəhər və kəndləri bərpa edir

® “NEQSOL Holding” risklərin idarə edilməsi və komplayens funksiyalarını rəqəmsallaşdırır

1990-cı ilin 20 yanvarı müstəqillik uğrunda mübarizənin başlanğıcı oldu

Paytaxtın Nizami rayonunda şirin buğda emalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Türkiyənin tanınmış futbol mütəxəssisləri Azərbaycana gəliblər

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi ilə görüş keçirilib

Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Əcnəbi tələbə: BDU akademik və şəxsi inkişafımda əvəzsiz rol oynayıb MÜSAHIBƏ

20 Yanvar – istiqlaliyyətə gedən yol

® “Kapital Bank” 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa forumunda

Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar

20 Yanvar Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsidir

Tələbə gənclərin iştirakı ilə “#20JANUARY” fləş-mobu keçirilib

Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa keçirilib

“44”ün çəkilişləri gedir

ATƏT PA-nın seminarında Azərbaycanın gender bərabərliyinin təmini ilə bağlı nailiyyətlərindən bəhs olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümü münasibətilə tədbir keçirilib

Yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib

Azərbaycan Atçılıq Federasiyasında ilin yekunlarına həsr olunmuş tədbir keçirilib VİDEO

Azərbaycan Atçılıq Federasiyasının yeni baş katibi bəlli olub

İrakli Kobaxidze: Azərbaycan bizim üçün təkcə dəyərli dost deyil, etibarlı tərəfdaş və qardaş ölkədir

Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında: Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz

Prezident İlham Əliyev: Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib

Prezident: Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır

Prezident İlham Əliyev: Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər

Qədir Xəlilov: Qrant müsabiqəyə 500-dən çox fiziki şəxs və 100-dən çox təşkilat müraciət edib

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Fövqəladə hallar naziri Xızıda vətəndaşların müraciətini dinləyib

Bu il Şəki Dövlət Dram Teatrı teatrsevərlərə dörd yeni tamaşa təqdim edəcək

Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşılarını açıqlayıb

Moskvada Rusiya və İran prezidentləri arasında danışıqlar aparılır

“Beşiktaş”ın yeni baş məşqçisi Ule-Qunnar Solskyaer İstanbula gəlib

® “PAŞA Holdinq” şəhid övladlarını 2025-ci ildə də sığortalayır

Azərbaycanı Qətərdə keçiriləcək turnirdə 6 stolüstü tennisçi təmsil edəcək

Ötən il bir istehlakçı orta hesabla ayda 632,7 manat xərcləyib

Türkiyə XİN: Türkiyə və Azərbaycan regional sabitlik, sülh və rifaha töhfə verməkdədir

Əqli Mülkiyyət Agentliyində 20 Yanvar faciəsinin qurbanları yad edilib

Ötən il Azərbaycanda mobil operatorların əldə etdiyi gəlirlər 1,2 milyard manatı ötüb

İstiqlal Muzeyində “Fəda” adlı tədbir-sərgi təşkil edilib

Türkiyə ordusu Suriyanın şimalında 29 terrorçunu zərərsizləşdirib

Ötən il kreditlərin 94 faizi banklar tərəfindən verilib

İslamabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Ötən il nəqliyyat sektorunda 238 milyon tondan çox yük daşınıb

Azərbaycan Turizm Bürosu Vyanada keçirilən “Ferien-Messe Wien” 2025 sərgisində iştirak edir

Ötən il dövlət büdcəsinin gəlirləri 37,2 milyard manat olub

Pakistan ilk yerli istehsal olan peykini kosmosa buraxıb

Direktor: Reabilitasiya mərkəzlərinin iş mexanizmləri davamlı sosial rifahın təmin olunmasında əhəmiyyətli rol oynayır

Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarların 26 faizdən çoxu Bakıda qeydiyyata alınıb

Multikulturalizm Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

Ötən il əhalinin gəlirləri artıb

Əhalinin banklarda əmanətlərinin 66 faizi milli valyutadadır

Kür çayına balıq körpələri buraxılıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ağcabədidə vətəndaşların müraciətini dinləyib

® “AccessBank” mebel təchizatı üzrə tender elan edir

Bakıda “Diabet və piylənmədə XXI əsrin çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilir

ATMU-ya akkreditasiya şəhadətnaməsi təqdim edilib

Dövlət Turizm Agentliyinin sədri AQEM sədri ilə görüşüb

Zəngilanda əhali üçün səyyar tibbi müayinələr təşkil edilib VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Qubada vətəndaşlarla görüşüb

Milli Kitabxanada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

Berlində 89-cu “Beynəlxalq Yaşıl Həftə” sərgisi işə başlayıb

20 Yanvar - Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən tarix

Bu ilin əvvəlindən Qırğızıstanda qızılcaya 229 yoluxma halı qeydə alınıb

Qəzzada ilk girovlar yanvarın 19-da azad edilə bilər

“SpaceX”in Ay raketinin sınaq buraxılışı uğursuz olub

“Araz-Naxçıvan”ın baş məşqçisi: Komandada razı qalmadığım məqamlar var, bunu ictimai müzakirəyə çıxarmaq olmaz

Paytaxt məktəblərində Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib

Naxçıvanda dövlət əmlakı olan 4 nəqliyyat vasitəsi özəlləşdirilib

İşə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş olub

AQEM-in nümayəndə heyəti azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

BMU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Elektron Təhlükəsizlik Xidməti: “Youtube”da fişinq hücumlarının sayı artır

Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Ötən il 64 milyard manatlıq sənaye məhsulu istehsal edilib

20 Yanvar faciəsi öncədən hazırlanmış cinayət idi

Göyçayda 9 kəndi birləşdirən yol yenidən qurulub VİDEO

Niderlandda universitetlər və xəstəxanalar yeni kiberhücumlara məruz qalıb

KOBİA və Asiya ölkələri ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

MEK-də 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar sərgi təşkil edilib

Energetika Nazirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Mətbuat katibi: Reabilitasiya mərkəzləri həssas qrupların həyat keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir

Dünya Bankı Ukraynanın iqtisadi proqnozunu pisləşdirib

Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış torpaq sahəsinə baxış keçirilib

BANM-də “Python” - proqramın məntiqi və işləmə prinsipləri” kitabı təqdim edilib

Sumqayıtda 38 yaşlı şəxs 20 kiloqram narkotik vasitə ilə saxlanılıb VİDEO

Meşə yanğınları qlobal istiləşməyə səbəb olan karbon qazı emissiyasını artırır

Qrenlandiyanın Baş naziri: Biz ABŞ-ın bir hissəsi olmaq istəmirik

® “Azercell” tətbiqinə yeni “Qonaq girişi” funksiyası əlavə olunub

Bakıda Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib

Los-Ancelesdə meşə yanğınları nəticəsində ölənlərin sayı 27-yə çatıb