MƏDƏNİYYƏT
Xalq artisti Alim Qasımov “Pərişanın” adlı yeni layihəsini təqdim edib
Bakı, 3 iyun, AZƏRTAC
Xalq artisti Alim Qasımov “Pərişanın” adlı yeni layihəsini təqdim edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə xalq artistinin yeni layihəsindən söz açılıb. Bildirilib ki, Alim Qasımovu klipdə ud ifaçısı Kənan Tərlanoğlu müşayiət edir. Bu, gənc musiqiçinin ilk işidir.
Tədbirdə çıxış edən Alim Qasımov gəncləri hər zaman dəstəklədiyini diqqətə çatdırıb. O deyib: “Gənclərlə çalışmaq mənə maraqlıdır. Bundan əvvəl rep janrında oxuyan bir gənclə də duet hazırladım. Onun ifasını dinlərkən Füzulinin qəzəli yadıma düşdü. Duetdə də həmin qəzəli səsləndirdim. Klipin ssenarisini də bəyəndim. Səfil bir insanın həyatı işıqlandırılıb”.
Qeyd edək ki, “Böyük dayaq” filmindən götürülən mahnının ekran həlli rejissor Vüsal Tərlanoğluna həvalə olunub. Mahnının musiqisi Fikrət Əmirovundur.