MƏDƏNİYYƏT


Xalq artisti Ənvər Sadıqov ilk böyük solo konsert proqramı ilə çıxış edəcək

Bakı, 5 oktyabr, AZƏRTAC

Dekabrın 23-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli musiqiçisi, Xalq artisti Ənvər Sadıqovun ilk böyük solo konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, gecədə musiqiçini bədii rəhbəri olduğu "Qaytağı" instrumental ansamblı və tanınmış incəsənət ustaları müşayiət edəcəklər. Həmçinin Ənvər Sadıqov ilk böyük solo konsertində Əməkdar artist Emil Əfrasiyab ilə birgə yeni layihələrini musiqisevərlərə təqdim edəcəklər.

Konsertin biletlərini şəhərin kassalarından və iticket.az saytından onlayn əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.