MƏDƏNİYYƏT


Xalq artisti Çingiz Sadıxovun qiymətli arxiv materialları muzeyə təqdim olunub

Bakı, 7 yanvar, AZƏRTAC

Bu günlərdə görkəmli Azərbaycan pianoçusu, Xalq artisti Çingiz Sadıxovun qiymətli arxiv materialları Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, materialları Çingiz Sadıxovun həyat yoldaşı Ceyran xanım ABŞ-dan gətirib. Qeyd etmək lazımdır ki, Sadıxovlar ailəsi artıq 25 ildir ki, ABŞ-da yaşayır. Hədiyyə olunmuş materiallar arasında pianoçunun “Şöhrət” ordeni və Azərbaycanın Xalq artisti medalı, fotolar, ABŞ Prezidenti Bill Klintonun məktubu və bir çox başqa sənədlər yer alır. Ümumilikdə muzeyə sənətkarla bağlı 51 material təqdim edilib.

Xatırladaq ki, bir il əvvəl Ceyran xanım Çingiz Sadıxovun arxivinin bir hissəsini artıq muzeyə hədiyyə etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.