MƏDƏNİYYƏT
Xalq artisti Canəli Əkbərov dəfn olunub
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Canəli Əkbərov bu gün İkinci Fəxri xiyabanda dəfn olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Xalq artisti dünən axşam saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub. Xanəndə 1989-cu ildə Azərbaycan milli mədəniyyətinin inkişafındakı uğurlarına görə Əməkdar artist, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]