MƏDƏNİYYƏT
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Manon Lesko” operasında çıxış edəcək
Bakı, 1 noyabr, AZƏRTAC
Dekabrın 11-dən 15-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cakomo Puççininin “Manon Lesko” dördpərdəli operası oynanılacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, dekabrın 11, 13 və 15-də səhnə əsərində kral qvardiyasının serjantı Leskonun partiyasını Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.
Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]