MƏDƏNİYYƏT


Xalq artisti Firəngiz Əlizadə Təhsil Nazirliyinin medalına layiq görülüb

Bakı, 13 fevral, AZƏRTAC

Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Bəstəkarlar İttifaqında görüş keçirib.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, görüşdə nazir müavini dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması, həmçinin bu münasibətilə Təhsil naziri Ceyhun Bayramovun da müvafiq əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi” medalının təsis edilməsindən söz açıb. Qeyd olunub ki, bu medal Bakı Dövlət Universitetinin fəaliyyətində rolu olmuş Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinə təqdim edilir.

F. Qurbanov daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim, baş müəllim, dosent, nəhayət professor kimi 30 illik pedaqoji fəaliyyətinə, həmçinin dünyanın mötəbər konservatoriyalarında keçirdiyi ustad dərslərinə görə nazir Ceyhun Bayramovun əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi” medalına layiq görüldüyünü bildirib və medalı ona təqdim edib.

Firəngiz Əlizadə təltifə və diqqətə görə, Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.