MƏDƏNİYYƏT


Xalq artisti Gülağa Məmmədov haqqında videoçarx hazırlanıb

Bakı, 8 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı görkəmli müğənni, Xalq artisti Gülağa Məmmədovun anım günü ilə əlaqədar “Neçə ömür könüllər yaşadacaq səni” adlı videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.

Videoçarxda qeyd edilir ki, 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olan Gülağa Məmmədov şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib.

Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansamblları, simfonik orkestrlərlə birgə çıxış edib. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Akademik Musiqili Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xalq çalğı alətləri ansamblının (hazırda Səid Rüstəmov adına) solisti olub. "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.

Gülağa Məmmədov 1994-cü il iyunun 7-də 68 yaşında vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.