MƏDƏNİYYƏT


Xalq artisti Müslüm Maqomayevin 80 illiyi münasibətilə sərgi açılıb

Bakı, 16 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illiyi münasibətilə sərgi-söhbət keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşı G.Süleymanova dahi sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. “Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. O, dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb. Müğənninin repertuarında “Koroğlu”, “Şah İsmayıl”, “Toska”, “Aleko” operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnısı xüsusi yer tutub. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev ümumxalq məhəbbəti qazanıb”, - deyə kitabxananın əməkdaşı qeyd edib.

Sonda sənətkarın ifasında səslənən məşhur mahnılarından ibarət videoçarx nümayiş olunub və iştirakçılar ifaçıya həsr olunmuş sərgiyə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.