MƏDƏNİYYƏT


Xalq artisti Nəcibə Məlikovanın xatirəsi anılıb

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktrisası, Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin əməkdaşları, media nümayəndələri, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edib.

Tədbirdə Xalq artisti Rafiq Əzimov və aktrisanın yaxın qohumu Rauf Məlikov çıxış edərək Nəcibə xanımın səhnə fəaliyyətindən və onunla bağlı xatirələrini danışıblar.

Sonra unudulmaz sənətkarın həyat və yaradıcılığını əks etdirən muzeyin fond materiallarından ibarət videoçarx, aktrisanın oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.