MƏDƏNİYYƏT


Xalq artisti Nisə Qasımova Heydər Əliyev Sarayında konsert verəcək

Bakı, 24 yanvar, AZƏRTAC

Xalq artisti Nisə Qasımova yaxın vaxtlarda Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə müğənni repertuarında yer alan və musiqisevərlər tərəfindən sevilən “Sənsən həyatım”, “Gözləyəcəm”, “Eşqimi sönməyə qoymaram”, “Qəşəngdir”, “Sədaqətim var”, “Yalvarıram”, “Qayıtdım”, “Azərbaycan qızıyam” və sairə dillər əzbəri olan köhnə və yeni mahnılarını ifa edəcək.

Müğənni, həmçinin konsertdə dünya xalqlarının mahnılarına da müraciət edəcək.

Möhtəşəm konsertin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.