MƏDƏNİYYƏT


Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib

Bakı, 6 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Q.Abbasov adına Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan Milli Akademik Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, müharibə veteranları, qazilər və digər qonaqlar iştirak ediblər.

Nurəddin Mehdixanlı maraqlı mövzularda danışaraq, Şahin Musayevin "Qarabağ Azərbaycandır" şeirini səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.