MƏDƏNİYYƏT
Xalq artisti Ramiz Həsənoğlunun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlunun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Dövlət Teatr Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə görkəmli rejissorun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub və quruluş verdiyi tamaşalardan fraqmentlər göstərilib.
Tədbir çərçivəsində sənətkarın yaradıcılığı barədə, eləcə də çəkdiyi teletamaşalar və filmlər ətrafında sənət dostları geniş söhbət açıblar.
Muzeyin əməkdaşı Suğra Ələkbərli tərəfindən pianoda rejissorun tamaşalarına bəstələnən musiqilərdən ibarət popuri ifa olunub və xatirə şəkli çəkdirilib.
Tədbir COVID-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub, həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]