MƏDƏNİYYƏT
Xalq artisti Ramiz Mirişlinin xatirəsi yad ediləcək
Bakı, 2 may, AZƏRTAC
Mayın 4-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gecədə bəstəkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
Konsertdə Mustafa Mehmandarovun dirijorluğu ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Gülbacı İmanovanın dirijorluğu ilə Dövlət Xor Kapellası çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]