REGİONLAR


Xalq artisti Ramiz Quliyev: Ağdamın dağlarına baxanda ürəyim dağa dönür VİDEO

Ağdam, 13 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

İnsanlar vətənlərinə, yurdlarına - viran qalmış, dağıdılmış Ağdama necə sevgi-məhəbbətlə gəlirlər. Mən bu gün böyük sevinc və qürurla yaşayıram. Ağdamın dağlarına baxanda ürəyim dağa dönür.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə 28 ildən sonra Ağdam şəhərinə səfər etmiş respublikanın xalq artisti, professor Ramiz Quliyev söyləyib.

O deyib: “Biz böyük Qələbənin şahidi olduq. İşğal altında olan torpaqlarımız 44 gündə azad edildi. Qarabağın işğaldan azad olmasından sonra biz daha qüvvətliyik, daha xoşbəxtik. May ayının 28-də Prezident İlham Əliyevin Ağdam şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə mən də iştirak edirdim. İnanıram ki, biz qısa müddətdə Ağdamda hər tərəfdə gül-çiçəyin şahidi olacağıq. Ağdamın xoşbəxt günlərini görəcəyik. Şəhidlərimizə rəhmət diləyir, onların valideynlərinə, qazilərə, ordumuza “var olun” deyirik. Ali Baş Komandana təşəkkürümüzü bildiririk. Qarabağ Azərbaycandır!”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.