MƏDƏNİYYƏT
Xalq artisti Sərxan Sərxanın Bakıda növbəti konserti olacaq

Bakı, 7 iyun, AZƏRTAC
İyunun 21-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında klassik estrada musiqimizin parlaq nümayəndələrindən biri olan Xalq artisti Sərxan Sərxan növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.
Mahnı Teatrından AZƏRTAC-a verilən məlumata görə, gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnılarını ifa edəcək.
Qeyd edək ki, 1952-ci il iyunun 18-də Bakıda anadan olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində Musiqi məktəbinin gitara sinfini və Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Eyni zamanda Moskva və Azərbaycan filarmoniyalarında çalışıb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 04.10.2023 [18:10]
Moskvada azərbaycanlı şairin xatirəsi anılıb
- 04.10.2023 [17:37]
İstiqlal Muzeyində növbəti sərgi - “Müqəddəs andım”
- 04.10.2023 [16:54]
Fransada nəşr edilmiş kitabda Azərbaycan tarixi abidələrindən də bəhs olunub
- 04.10.2023 [14:58]
Beynəlxalq Muğam Mərkəzində Aşıq Veysəlin xatirəsi yad olunub
- 04.10.2023 [14:51]
“A-hub Akselerasiya Proqramı”nın açılış mərasimi keçirilib
- 04.10.2023 [14:47]
Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş sərgi açılacaq
Bakıda “Go Green” sərgisi açılıb
- [16:57]
Xoşbəxt Bağı oğlu Yusifzadə
- [15:06]
Yaşıl mələk kimi
- [13:10]
Bu il 100 uşaq övladlığa verilib
- [12:50]