MƏDƏNİYYƏT


Xalq artisti Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş növbəti konsert

Bakı, 30 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 17 nömrəli uşaq musiqi məktəbində Azərbaycan bəstəkarı, pianoçu, dirijor, bir çox simfonik əsərlərin müəllifi, Xalq artisti Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş konsert təşkil olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi Günay Məmmədova, bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Konsertdə görkəmli sənətkarın “Sənə də qalmaz”, “Faytonçu”, “Gəzinti”, “İlk bahar”, “Prelüd II”, “Kəndimiz”, “Lirik vals”, “Qaytağı” kimi əsərləri məktəbin şagirdləri tərəfindən ifa olunub.

Sonda məktəbin direktoru Samirə İsayeva bəstəkarın əsərlərini analiz edərək bir neçə məqamlara toxunub. O bildirib ki, T.Quliyevin bir sənətkar kimi səciyyəvi cəhəti onun insan səsini, vokalçının səs imkanlarını gözəl duyan, bu imkanlara bələd olan bəstəkarlardan olmasıdır. O, vokal cəhətdən düşünə bilib, bir-birindən zəngin ifadəli və obrazlı kantilena melodiyaları yaradıb. Forma cəhətdən tamamlıq, lakonizm və bitkinlik onun mahnılarının əsrarəngizliyini daha da artırır. Bütün bu cəhətlər Tofiq Quliyevin orijinal musiqi üslubunu təşkil edən xüsusiyyətlərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.