MƏDƏNİYYƏT


Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim ediləcək

Bakı, 29 oktyabr, AZƏRTAC

Muzey Mərkəzində unudulmaz bəstəkar, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, bəstəkarın doğum günündə - noyabrın 7-də gerçəkləşəcək konsert proqramında Tofiq Quliyevin mahnıları, kino və tamaşalara yazdığı musiqilərdən parçalar səslənəcək. Konsert proqramının tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynovadır.

Konsertin solistləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı, tenor Rüfət Piriyev və akademiyanın məzunu, soprano Güllübəyim Məmmədovadır. Konsertmeyster isə Qənirə Həsənovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.