MƏDƏNİYYƏT


Xalq artisti Tofiq Tağızadənin vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olacaq

Bakı, 11 mart, AZƏRTAC

Martın 14-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti, görkəmli kinorejissor Tofiq Tağızadənin vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olacaq.

Bu barədə AZƏRTAC-a kinostudiyanın beynəlxalq əlaqələr şöbəsinin rəisi Vüqar İbrahimli məlumat verib.

Bildirib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Qeyd edək ki, bu il yanvarın 24-də Prezident İlham Əliyev görkəmli rejissorun 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, bununla əlaqədar tədbirlər planının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.