MƏDƏNİYYƏT
Xalq artisti Tofiq Tağızadənin xatirəsi anılacaq
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 7-də II Fəxri xiyabanda görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin xatirəsi anılacaq.
AZƏRTAC xəbər verir ki, həmin gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri anadan olmasının 100 illiyi münasibətilə mərhum rejissorun qəbirüstü abidəsini ziyarət edəcəklər.
Anım mərasimində Tofiq Tağızadənin mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salınacaq, Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışılacaq.
Qeyd edək ki, yanvarın 24-də Prezident İlham Əliyev görkəmli rejissorun 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, bununla əlaqədar tədbirlər planının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:16]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]